Rahat yataq otağı

  • 246 İnsan
  • Mar 31, 2024

Rahat yataq otağı

Yataq otağını  necə düzgün planlamaq lazımdır”

Evimizi dizayn  edərkən zövqlü, göz oxşayan, və ən əsas  rahat şəkildə  dizayn etmək hər birimizin arzusudur. Bəzən bütün otaqları eyni üslubda, rəng fərqliliyi ilə dizayn etmək çətin olur.  Xüsusilə yataq otağında dizayn etmək  daha çətin olur. Sadə bir göz oxşayan dizayn asand görünsədə, üsluba diqqət etmək vacibdir. Yataq otağını  modern üslubda  dizayn etmək üçün otağı çox doldurmamaq, boş yer  saxlamaq, əsas şərt kimi götürülür.

Dizayn etməzdən öncə fikir verməli olduğunuz bəzi detallar var.

  1. Divarların uzunluğu
  2. Elektrik yuvasının yerləri
  3. Pəncərələr. (Otaqda neçə pəncərə var, yerləşmə şəkli, ölçüləri necədir)
  4. Qapılar. (Hansı divarın qapı və pəncərəsi yoxdur və yaxud  qapı hansı divardadır)
  • Yataq otağında mebellərin düzülüşünü və yerləşdirilməsini planlaşdırarkən girişdə mümkün qədər çox açıq yer qoymalısınız. Bu qarışıq sahənin ən az şəkildə olması deməkdir.
  • Əsas obyekt çarpayıdır. Çarpayını ele yerləşdirməliyik ki, kimin girdiyini görə bilək, qapı çarpayının qarşısında və ya yanında (daha kiçik otaqlarda)ola bilər. Bir insanın şüuraltı olaraq gələn insanı görməsi lazımdır, çünki  insanda nəzarət hissi yaranır, bu  da  daha yaxşı istirahət etməyə imkan verir.
  • İnsan böyük əşyaları  görmədiyi  təqdirdə özünü təhlükəsiz hiss edir.  Buna  nəhəng çılçıraqlar, rəsm əsərləri, rəflər  və s. aid edə bilərik.
  • Yatağın ətrafında 70sm məsafələr qoymaq lazımdır.
  • Yataq otağında ümumi işıqlandırma çox parlaq olmamalıdır.
  • Yataqda uzanan insan üçün əlinin çatacağı məsafədə bir işıq qoymaq həmişə yaxşıdır.
  • Makiyaj masasında güzgünün hər iki tərəfindən parlayan  xüsusi bir işıq olması daha məqsədə uyğundur.
  • Yataq otağında iki fokus nöqtəsi var, bu çarpayının görünüşü  və çarpayıdan olan görünüşdür, onları düzgün dizayn etmək lazımdır.
  • Dəst şəklində mebel almağa ehtiyac yoxdur- yataq , qarderob,  şkaflar. Fərqli mebellərlə də otağı dizayn etmək olar. Əsas rəng uyğunluğunu  nəzərə almalı, həmçinin ölçüləri nə böyük və nə də kiçik istifadə etməməliyik.
  • Yaxşı yuxuya getmirsinizsə, yataq otağında parlaq rənglərə üstünlük verməyə ehtiyac yoxdur, çünki  heç bir şey cansıxıcı olmamalıdır.
  • Əgər oyanmaq çətindirsə, atmosfer canlı və parlaq rənglərlə əhatə olunmalıdır.

Yadda saxlayın ki, evimiz bizim ən rahat olduğumuz yerdir. Ən kiçik detal, rəng uyğunsuzluğu, üslubsuzluq, qəlbimizə xoş olmaya bilər. Bu məsələni xəfifə alsaq, sonradan artıq narahatçılığa və israfa gətirib çıxara bilər. Ona görə bu işdə peşəkarlara etibar etməliyik.

”Area” daşınmaz əmlak şirkətinə müraciət etməklə bir çox sıxıntılarınızın qarşını ala bilərsiniz. “Area” şirkətinin, təmir kollektivi sizi öz peşəkarlığı ilə məmnun edəcək.

Əmlak məsələlərində A-dan Z-yə qədər bütün məsələlərin həlli üçün yalnız “Area” şirkəti!
 

0 bəyənmə

Oxşar elanlar

Torpaq alırıq!

"Sea Breeze"də, 1-ci dəniz xəttində, sahəsi 30-40 sot olan torpaq sahəsi alırıq. Torpaq sa...

Mar 31, 2024 Ətraflı oxu

Azərbaycanda Rialtorların Lisenziyalaşdırılması: Professionalizmin və Müdafiənin Təminatı

Hazırda Azərbaycanda rialtorların lisenziyalaşdırılması mövzusu vacib bir müzakirə mö...

Okt 17, 2023 Ətraflı oxu

Yaxşı mənzilə sahib olmaq istəyirsənsə öyrən!

Hər kəsin həyatında ən önəmli məsələlərdən biri də öz mənzilinə sahib olmaq istəməkdir. De...

Dek 27, 2023 Ətraflı oxu

Xaricdə daşınmaz əmlaka yatırım

Bu gün bir çox insan əlindəki sərmayəni necə dəyərləndirmək barədə düşünü...

Yan 6, 2024 Ətraflı oxu